200 uçuş təxirə salındı

Yaponiyada “Trami” tayfunun yaxınlaşması səbəbində ölkənin müxtəlif bölgələrini birləşdirən uçuş istiqamətlərinin ləğv edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 24 seriya nömrəsi olan "Tayfun", Yaponiyaya cənubdan şimal-şərqə doğru irəliləyir, həftə sonu tayfunun bütün ölkə ərazisinə keçməsi gözlənilir.

Hazırda Tayfunun mərkəzi Okinava prefekturasının cənubundakı Miyako adasından 400 kilometr məsafədə yerləşir. Tayfun mərkəzindəki təzyiq 955 hektopaskaldır. Mərkəzdəki küləyin sürəti saniyədə 45 metr, dalğalarla saniyədə 60 metrədəkdir.

Gözlənildiyi kimi, həftə sonu tayfun ölkənin cənub bölgələrinə, bazar günü isə əsas Honsu adasına keçəcəyi gözlənilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə