Sərnişin təyyarəsi iki yerə parçalandı

Sərnişin təyyarəsi iki yerə parçalandı

ABŞ-ın Cənubi Karolina ştatında hava limanlarından birində orta ölçülü sərnişin təyyarəsi qəzaya uğrayıb, iki pilot ölüb, iki sərnişin isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Qrinvil şəhərində qeydə alınıb. Belə ki, şəhərin hava limanına düşən Dassault Falcon 50 təyyarəsi enmə zolağından ayrılıb və faktiki olaraq iki hissəyə bölünüb.

Yerli polis tərəfindən “Twitter”-də paylaşılan şəklə əsasən təyyarənin ön hissəsinin tamamilə dağıldığı görünür. Təyyarədə iki pilot və sərnişin qismində ailəli cütlük olub. Xəstəxanaya yerləşdirilən cütlüyün vəziyyəti ağır olaraq dəyərləndirilir.

Amerika Birləşmiş Ştatları Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsi (NTSB) hadisə ilə əlaqədar istintaqa başlayıb.

Qeyd edək ki, Dassault Falcon 50 təyyarəsi üç mühərrikli olmaqla yanaşı Atlantik okendan keçmək və ya qərbdən ABŞ-ın şərq sahillərinə uçmaq bacarığına malikdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə