Afrikanın mərkəzində yerləşən Uqanda dövlətinin şimalında naməlum infeksion xəstəlik yayılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ profilaktik xəstəliklərə nəzarət mərkəzinin yaydığı məlumata əsasən, artıq xəstəliyə yoluxmuş 38 nəfər ölüb. Daha 91 nəfərin xəstəliyə xas simptomlarla xəstəxanalara müraciət etdiyi qeyd olunur.
Bəzi mənbələrdə qeydə alınmış xəstəliyin "bubon taunu" infeksiyasının törətdiyi xəstəlik olduğu bildirilir. Ölkənin Səhiyyə Nazirliyinin Epidemiologiya və Nəzarət şöbəsi bu xəbəri təkzib edir. Yerli mütəxəssislər xarici ekspertlərlə birgə yayılmış xəstəliyi araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB