Hindistanda sel 203 nəfərin həyatına son qoyub

Hindistanda sel 203 nəfərin həyatına son qoyub

Hindistanın cənubunda yerləşən Tamilandu ştatında son bir həftə ərazində davam edən subasma nəticəsində ölənlərin sayı artıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, artıq fəlakət nəticəsində 203 nəfər ölüb. Onlardan 41-i azyaşlı uşaqdır.

 

Şimal-şərq musson siklonunun səbəb olduğu pis hava şəraiti xüsusilə Kaveri çayı ətrafında yerləşən yaşayış məntəqələrinə ziyan vurub. Burada minlərlə hektar əkin sahələri yararsız hala düşüb. Yaşayış yerlərini itirmiş xeyli sayda insan müvəqqəti düşərgələrə yerləşdirilib. Hadisə zonasına xilasedici dəstələr və humanitar yardım göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə