ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə təkbətək görüşdən imtina edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tramp Kanada baş nazirinin Şimali Amerika azad ticarət zonası (NAFTA) haqqında müqaviləyə yenidən baxılmasına dair danışıqları irəlilətmək istəmədiyinə görə onunla görüşdən imtina edib.
“Onların gömrük rüsumları olduqca yüksəkdir və o (Trüdo) irəliyə doğru addımlamaq istəmir. Ona görə də dedim ki, görüş barədə unutsun. Biz Kanada ilə danışıqlardan və onların diplomatik stilindən çox narazıyıq. Onların danışıqlardakı nümayəndələri bizim xoşumuza gəlmir”, – deyə Tramp vurğulayıb.
Lakin Kanada baş nazirinin nümayəndəsi Trampın sözlərini təkzib edərək bildirib ki, Trüdonun ABŞ prezidenti ilə görüşməsi üçün heç bir sorğu göndərilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB