Çeçenistan və İnquşetiya rəhbərləri inzibati sərhəd haqqında sənəd imzalayıblar

Çeçenistan və İnquşetiya rəhbərləri inzibati sərhəd haqqında sənəd imzalayıblar

Çeçenistan və İnquşetiya respublikalarının rəhbərləri regionlar arasında inzibati sərhəd haqqında sənəd imzalayıblar. AZƏRTAC xəbər verir ki, sənədə əsasən, Çeçenistanın Nadtereçni rayonu ilə İnquşetiyanın Malqobek rayonu arasında yaşayış olmayan ərazilərin mübadiləsi həyata keçiriləcək.

Xatırladaq ki, sentyabrın 25-də İnquşetiyanın Sunjen şəhərində razılaşdırılmamış mitinq keçirilib. Mitinqdə İnquşetiya əhalisi Sunjen rayonunun ərazisinin bir hissəsinin Çeçenistana verilməsinə etirazlarını bildiriblər.

Qeyd edək ki, iki respublika arasında inzibati sərhəd 1991-ci ildə Çeçen-İnquş MSSR dağılandan sonra müəyyən edilməmişdi. 1993-cü ildə Çeçenistanın və İnquşetiyanın keçmiş rəhbərləri Cövhər Dudayev və Ruslan Auşev Sunjen rayonunun böyük hissəsinin İnquşetiyada qalmasını nəzərdə tutan müqavilə imzalamışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə