Ermənistan Parlamenti Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı qanun layihəsini təxirə saldı
Bu gün Ermənistan Parlamenti "İrs" müxalifət partiyası tərəfindən irəli sürülmüş ""Dağlıq Qarabağ Respublikasının" müstəqilliyinin tanınması haqqında" qanun layihəsini təxirə salıb. SİA-nın məlumatına görə, Ermənistanın Respublika partiyasının simasında parlament çoxluğu, o cümlədən "Çiçəklənən Ermənistan" və "Orinats Erkir" partiyasından olan deputatlar səsvermədə iştirak etməyib. Qanun layihəsi üçün yalnız "Daşnaksyutun" və "İrs" müxalif fraksiyalarından olan 13 deputat səs veriblər.
Xatırladaq ki, qanun layihəsi üçün səsvermə parlament çoxluğunun mövqeyi səbəbi ilə oktyabrın 28-də təxirə salınmışdı.
Xatırladaq ki, qanun layihəsi üçün səsvermə parlament çoxluğunun mövqeyi səbəbi ilə oktyabrın 28-də təxirə salınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB