"Manqxut" tayfununun qurbanlarının sayı 65-ə çatıb

"Manqxut" tayfununun qurbanlarının sayı 65-ə çatıb

Filippində "Manqxut" tayfunu nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bundan əvvəl 59 nəfərin öldüyü, 16 nəfərin itkin düzdüyü bildirilirdi.

Məlumata görə, həlak olanlardan 54 nəfəri Kordiler inzibati ərazi bölgüsünün payına düşür. Tayfun 43 nəfərin itkin düşməsinə, 64 nəfərin yaralanmasına səbəb olub.

Filippin Atmosfer, geofiziki və Astronomiya Xidmətlər İdarəsinin (PAGASA) açıqlasdığı məluamta görə, "Manqxut" qasırğası nəticəsində küləyin hündürlüyü saatda 170 kilometrə çatır. Lusonda dalğaların hündürlüyü altı metr yüksəkliyə çata bilər. Bundan əlavə, xidmət ağır yağıntıların gözlənildiyini, daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq da verib. Hökumətin açıqladığı məlumata görə, qasırğa bölgədə yaşayan 250 mindən çox adama təsir edib, onların təxminən yarısı evakuasiya edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə