Vertolyot qəzaya uğrayıb

Meksikanın şərqində vertolyot qəzaya uğrayıb. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 7 adam ölüb, 2-si isə yaralanıb. Ölənlərdən 5-nin polis olduğu bildirilir.

 

Meksika Federal Prokurorluğundan mətbuata verilən açıqlamaya görə, hadisə Verakruz vilayətində vertolyotun iki məhbusu bir həbsxanadan digərinə apardıqdan sonra hərbi hissəyə qayıtdığı zaman baş verib. Hadisəyə səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə