Terror aktı törətmək istəyən 17 yaşlı yeniyetmə saxlanılıb

Terror aktı törətmək istəyən 17 yaşlı yeniyetmə saxlanılıb

Almaniyanın Cinayət Polisi İdarəsinin xüsusi bölməsi Reyn-Mayn regionunda terror aktı törətməyi planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, polisin sentyabrın 1-də Florştadt şəhərində saxladığı yeniyetmə terror aktını partlayıcı maddədən istifadə etməklə törətməyi planlaşdırırmış.

Prokurorluğun məlumatında saxlanılan şəxsin Almaniya vətəndaşı olduğu qeyd edilib. O, sentyabrın 2-də Fridberqdə məhkəmə qarşısına çıxıb. Hakim onun həbsinə dair hökm çıxarıb. Buna şübhəlinin sorğuda terror aktı hazırladığını etiraf etməsi səbəb olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə