Tramp seçkilərlə bağlı fərman imzalayıb

Tramp seçkilərlə bağlı fərman imzalayıb

ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn konqres seçkilərinin kənar müdaxilələrdən qorunması məqsədi ilə fərman imzalayıb. Bunu milli təhlükəsizlik məslələri üzrə məsləhətçisi John Bolton deyib.

Onun sözlərinə görə, 2016-cı ildə Rusiyanı ABŞ xüsusi xidmət orqanları prezident seçkilərinə müdaxilə etməkdə günahlandırır və qarşıdan gələn 6 noyabrda 2018 il tarixdə keçiriləcək konqres seçkilərində bir təhlükə gördüklərini bildirirlər.

Ria Novosti saytının yazdığına görə, fərmana əsasən "kiber hücumlar və ya başqa yollarla" seçkilərə müdaxilə etməkdən şübhələnəcəyi təqdirdə xarici şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq olunacaq.

D.Tramp öz növbəsində belə müdaxilənin qarşısını almaq üçün bütün lazımi tədbirlərin görüləcəyini bildirib. ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı ittihamlarını Moskva tərəfindən təkzib edilib və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məsələni "absurd" adlandırıb.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə