Cənubi Koreyanın şərqində yerləşən Kyonsan-Pukto əyalətində ev heyvanları arasında dabaq xəstəliyi yayılır. SİA-nın türk mətbautına istinadən verdiyi xəbərə görə, xəstəlik ümumilikdə 31 baş iribuynuzlu və cütdırnaqlı heyvanda aşkarlanıb. Virusun insanlara yoluxma faktı qeydə alınmayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində xəstəliyin aşkarlandığı fermalarda və həmin fermaların 500m radiusunda olan təxminən 104360 baş ev heyvanı məhv edilib.
Hazırda həmin ərazilərdə müvafiq işlərin görülməsi davam edir. Qeyd edək ki, Cənubi Koreyada ev heyvanları arasında dabaq xəstəliyinə yoluxma faktı cari ilin noyabr ayının son günlərində qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB