Rusiyaya məxsus raket daşıyıcısı qəzaya uğrayıb

Rusiyaya məxsus raket daşıyıcısı qəzaya uğrayıb

Rusiyaya məxsus "Proton M" raket daşıyıcısı qəzaya uğrayıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, raket daşıyıcısı 3 ədəd "Qlonass M" peyki ilə birlikdə Havay adaları yaxınlığında, Sakit okean ərazisinə düşüb. Raket daşıyıcısının Qazaxıstanın Baykonur kosmodromundan start aldığı qeyd olunur. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, orbitaya çıxması nəzərdə tutulan həmin 3 peyk Rusiyanın "QLONASS" adlı qlobal peyk naviqasiya sisteminin formalaşmasını yekunlaşdırmalı idi. 1993-cü ildən istismara qəbul edilən sistemdə ümumilikdə 24 peykin olacağı nəzərdə tutulur. QLONASS" portativ səyyar naviqator-cihazları vasitəsilə su, hava və yerüstü obyektlərin eləcə də insanların olduğu yerlərin və hərəkət surətlərinin müəyyən edilməsi ucun nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə