Kuril adalarında zəlzələ baş verib

Kuril adalarında zəlzələ baş verib

Kuril adalarında 5,2 bal gücündə zəlzələ baş verib. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Kurilsk şəhərindən 186 kilometr şimal-şərqdə İturup adasında yerləşir. Adanın əhalisi 1,8 min nəfərdir. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntı barədə məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə