Çində kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 26-ya yüksəlib

Çində kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 26-ya yüksəlib

Dünyada mədən qəzalarının ən çox baş verdiyi Çində daha bir mədən qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Henan vilayətinin Miançi qəsəbəsindəki kömür mədənində partlayış nəticəsində ölənlərin sayı 26-ya yüksəlib. Əyalət mərkəzinin 300 kilometrliyində olan partlayışda mədəndən yalnız 20 adamın xilas olduğu xəbər verilir.

 

Dövlətin idarəsində olan bir şirkət tərəfindən işlədilən mədənin illik istehsal gücü 150 min tondur. Təhlükəsizlik standartlarının aşağı olması, işin keyfiyyətinə deyil, iqtisadiyyatı ehtiyacı olan enerji ilə təmin etmək üçün daha çox kömür istehsalına üstünlük verməsi Çindəki mədənlərin əsas xüsusiyyətidir. Çin kömür mədənləri dünyada ölümlərin çoxluğuna görə tanınır. Rəsmi rəqəmlərə görə, keçən il mədən qəzalarında 2 min 600-dən çox adam həyatını itirib.

 

Qeyd edək ki, Çin enerjinin 70 faizini kömürdən əldə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə