Avtobusla yük maşını toqquşub 2 ölü, 13 yaralı

Avtobusla yük maşını toqquşub 2 ölü, 13 yaralı
Moskva vilayətinin Kaşir bölgəsində avtobusla yük maşını toqquşub. SİA-nın "RİA Novosti" yə istinadən verdiyi xəbərə görə, bu barədə bölgənin təcili yardım xidmətinin nümayəndəsi bildirib. Məlumata görə, qəza Federal X6 "Xəzər" magistralının 137-ci kilometrində baş verib. İlkin məlumatlara görə, toqquşma nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb. Qəzanın başvermə səbəbləri dəqiqləşdirilir.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə