Trampdan Obamaya mesaj: "Onun səsi ilə yaxşı yatmaq olur”

Trampdan Obamaya mesaj: "Onun səsi ilə yaxşı yatmaq olur”

ABŞ Prezidenti Donald Tramp Barak Obamanın onu tənqid etməsinə cavab verib. Axar.az xəbər verir ki, Tramp bu sözləri Şimali Dakotada çıxışı zamanı deyib. “Obama bu gün nitqlə çıxış etdi. Mən həqiqətən onun çıxışına baxdım və təəssüf ki, sonradan yatıb qaldım. Onun səsi ilə yaxşı yatmaq olur” – deyə o bildirib.

Qeyd edək ki, Obama bundan öncə ABŞ-ın Trampdan xilas etməyin vaxtının çatdığını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə