5 ay öndə Suriyadakı Amerika əsgərlərinin geri çəkilməsini istəyən ABŞ prezidenti Donald Trampın İdlib əməliyyatı ilə bağlı planları dəyişib. SİA-nın xəbərinə görə, ABŞ-ın “Washington Post” qəzetində yer alan özəl məlumatda bildirilir ki, ABŞ prezidenti Vaşinqtonun bölgədəki məqsədləri üçün güclü hərbi səy və böyük diplomatik təzyiq tətbiq etməyə razılaşıb.
“Washington Post”un Xarici İşlər Departamentinin mənbələrinə istinadən yaydığı xəbərə görə, terror təşkilatı İŞİD-ə qarşı müharibə demək olar ki, tam başa çatıb və Pentaqonun hazırda bir nömrəli hədəfi Suriyadan İran qoşunlarının çıxarılmasıdır.
Yeni Suriya siyasətində bütün suriyalılar və beynəlxalq birliyin qəbul etdiyi sabit bir hökumət var.
“Washington Post”a görə, Trampın fikrini dəyişdirən əsas səbəb Rusiyanın İrana yardım etməsi olub. Daxişi savaşda Bəşər Əsədin yanında duran Rusiya və İran rəqiblərin əlində olan İdlib vilayətinə hücuma hazırlaşır. Həftə başlanandan ərazi rus reaktivləri tərəfindən bir neçə dəfə bombalanıb.
2200 ABŞ əsgərinin vətəndaş müharibəsi ölkəsindən çəkilməyəcəyini bildirən qəzet ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Jeffrinin "Tələsməli işimiz yoxdur” ifadəsinə yer verib.
Radikal siyasət dəyişikliyinə işarə edən başqa bir bəyanat Baş qərargah Başçısı Jozef Dunforddan gəlib. Belə ki, general Dunford, prezident Trumpla müntəzəm olaraq Suriya ilə hərbi variantı barəsində müzakirələr apardığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB