Ermənistanda avtobus yanıb FOTOLAR

Ermənistanda avtobus yanıb FOTOLAR

Ötən gecə Gürcüstandan gələn sərnişin avtobusu Ermənistanın Tavuş bölgəsində yanıb. SİA erməni mətbuatına istinadən xəbər verir ki, Tavuşun Berdavan kəndində Gürcüstandan Ermənistana gələn sərnişin avtobusu bilinməyən səbəblərdən qəfil alovlanmağa başlayıb.

Qısa zamanda yanğın bütün avtobusu əhatə edib. Lakin alova çevik reaksiya verildiyindən insident nəticəsində ölən və yaralanan yoxdur. Qeyd olunur ki, yanan sərnişin avtobusu “Qokor-tur” turizm agentliyinə məxsusdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə