İraqın Bəsrə şəhərində nümayişçilər İran konsulluğuna od vurub. SİA-nın iran mətbuatına istinadən məlumata görə, hadisə zamanı konsulluqda heç kim olmayıb. Günlərdir davam edən aksiyalarda çox sayda nümayişçi dünyasını dəyişib, bir neçə dövlət binası yandırılıb.
2 milyon insanın yaşadığı Bəsrədə küçəyə çıxmaq qadağan edilib. 20 min nəfərin iştirakı ilə keçirilən nümayişlər sosial problemlərə etiraz olaraq başlayıb.
Qeyd edək ki, İran İraqla olan Şelamçə sərhəd buraxılış məntəqəsini bağlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB