Leninin heykəlinə bombalı hücum edilib

Leninin heykəlinə bombalı hücum edilib

1917-ci il oktyabr çevrilişinin memarı Vladimir İliç Leninin Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqdakı heykəli dünən gecə bombalı hücuma məruz qalıb. SİA-nın "Ria-Novosti"yə istinadən verdiyi məlumata görə, Çar Rusiyasının paytaxtı olan Sankt-Peterburqdakı Leninin heykəlinə yerləşdirilən kiçik bombanın partlaması nəticəsində heykəlin üzərindəki paltonun alt tərəfi dağılıb, ətrafdakı binalarda şüşələrin bəziləri qırılıb.

 

SSRİ-nin dağılmasından sonra Sovet respublikalarının bir çoxunda Leninin heykəlləri götürülsə də, Rusiya şəhərlərinin əksəriyyətində Leninin ən azı bir heykəli saxlanılır. Leninin Qızıl Meydandakı mavzoleyinin götürülməsi ilə bağlı müzakirələr zamanı vətəndaşların 75 faizi mavzoleyin saxlanılmasına etiraz etmişdilər. Rəsmi Kreml ilə xalqın rəyinə baxmayaraq mavzoleyin götürülməyəcəyini açıqlamışdı.

 

Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko hadisə ilə bağlı verdiyi açıqlamasında "abidələrə əl qaldıranlar tarixə və xalqımızın duyğularına qarşı olanlardır" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə