Əfqanıstanın şərqindəki Paktika əyalətində 3 məktəbə hücum baş verib. SİA-nın verdiyi məlumata görə, səhər saatlarında bir qrup silahlı şəxs iki məktəbə qumbaralarla hücum edib.
Daha bir məktəbə isə raket atıldığı məlumat verilib. Hücum zamanı məktəblərin heç birində şagirdlər olmayıb. Məktəb binalarına ciddi ziyan dəydiyi deyilir.
Hücumlarla əlaqədar məsuliyyəti üzərinə götürən təşkilat olmayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB