Braziliyanın Rio-de-Janeyro şəhərindəki 200 illik milli muzey yanaraq məhv olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, içərisində 20 milyondan çox əsər olan muzeydə 12 min illik qadın skleti, Amerikanın ən qədim insan və dinozavr qalıqları, arxeoloji tapıntılar da var idi.
1818-ci ildə yaradılan muzeyin yanmasının səbəbləri hələ ki, məlum deyil. Səksən yanğınsöndürənin cəlb olunduğu yanğın hələ də nəzarətə götürülə bilməyib. Yanğınsöndürənlərdən Roberto Robadey bir neçə saata yanğını nəzarətə almağı hədəflədiklərini bildirib.
Yanğın bazar günü baş verdiyinə ölən və yaralanan olmayıb.
Braziliya prezidenti Mişel Temer 200 ildə yığılmış əsərlər və məlumatların məhv olduğunu deyib.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB