Somalidə güclü partlayış baş verib Ölənlər var

Somalidə güclü partlayış baş verib Ölənlər var

Somalinin paytaxtı Moqadişoda terrorçu-intiharçı inzibati binanın nəzarət-buraxılış məntəqəsi qarşısında idarə etdiyi avtomobili partladıb. SİA-nın məlumatına görə, partlayış nəticəsində 3-ü nəzarət-buraxılış məntəqəsində avtomobili saxlayan hərbçi olmaqla 6 nəfər həlak olub, 14 nəfər isə yaralanıb. Bildirilir ki, xəsarət alanların 6-sı uşaqdır. Partlayışa görə cavabdehliyi "Aş-Şabab" terror qruplaşması öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə