Gecə klubunda atışmada ölən və yaralananlar var

Gecə klubunda atışmada ölən və yaralananlar var
Amerikanın Ohayo ştatının Klivlend şəhərindəki gecə klublarından birində atışma baş verib. SİA-nın məlumatına görə, bu barədə yerli hakimiyyət orqanlarına istinadən CBS məlumat yayıb. Bildirilir ki, silahlı insident nəticəsində 1 qadın ölüb, daha 7 nəfər yaralanıb. Polisin məlumatına görə, hadisə "X-Rated" klubunda qeydə alınıb. Burada dava sonradan atışma ilə nəticələnib. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda hadisənin bütün təfərrüatları müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə