Suriyanın paytaxtı Dəməşq şəhəri ətrafında yerləşən aviabaza yaxınlığında bir neçə partlayış baş verib. Suriyanın Dəməşq əyalətindəki hərbi aerodroma raket zərbəsini İsrailin Hərbi Hava Qüvvələri endirib.
SİA-nın TASS-a istinadən məlumatına görə, bu barədə bu gün "Al Mayadeen" telekanalı məlumat yayıb.
Telekanal bundan əvvəl Dəməşq ətrafındakı aviabaza yaxınlığında iki partlayışın baş verdiyi barədə xəbər yayıb.
Hücuma Suriya paytaxtından qərbdə yerləşən Məzzə rayonundakı hərbi baza məruz qalıb.
"PressTV" telekanalının məlumatına görə, Suriyanın raket əleyhinə müdafiə sistemləri atılan raketləri dəf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB