Hərbi helikopter qəzaya uğrayıb: 2 ölü, 3 yaralı

Hərbi helikopter qəzaya uğrayıb: 2 ölü, 3 yaralı
Əfqanıstanın Balx əyalətində hərbi helikopter qəzaya uğrayıb. SİA-nın məlumatına görə, xarici şirkətə məxsus olan və Faryab əyalətinə uçan helikopter yerli vaxtla saat 07:30-da "Şahin" düşərgəsi ərazisinə düşüb və alışıb. Hadisə nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb. İlkin məlumata əsasən, qəzaya səbə texniki nasazlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə