“Rusiya prezidenti Vladimir Putinlə "Donetsk Xalq Respublikası" başçısı vəzifəsini icra edən Dmitri Trapeznikov arasında danışıqların aparılması hələ planlaşdırılmayıb”. SİA-nın RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bəzi suallara aydınlıq gətirən mətbuat katibi qeyd edib ki, hələ bu mövzu ilə bağlı heç bir plan qurulmayıb: “Bu gün cənab prezidentin iş qrafiki çox gərgindir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri olacaq. Rusiya prezidenti rəsmi görüşdən sonra “Bilik günü” ilə bağlı istedadlı şagirdlər üçün nəzərdə tutulmuş “Sirius” təhsil mərkəzinin açılışında iştirak edəcək”.
Bundan əlavə Prezidentin mətbuat katibi Aleksandr Zaxarçenkonun vəfatı ilə əlaqədar Vladimir Putinin başsağlığı dilədiyini də xatırladıb.
Qeyd edək ki, "DNR"in rəhbəri Zaxarçenko ötən gün Donetskin mərkəzindəki "Separ" kafesində baş vermiş partlayış nəticəsində ölüb.
Vladimir Putin qondarma "Donetsk Xalq Respublikası"nın rəhbəri Aleksandr Zaxarçenkonun qətlə yetirilməsi ilə bağlı açıqlamasında, dialoq aparmaq əvəzinə terror yolunu seçənlərin sülh və sabitliyi pozmaq istədiklərini, lakin niyətlərinə çatmayacaqlarını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB