Filippin Prezidenti sabah İsrailə gedəcək

Filippin Prezidenti sabah İsrailə gedəcək

Filippin Prezidenti Rodriqo Dutepte ilk rəsmi səfərini İsrailə edəcək. SİA "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Filippin dövlət başçısı sentyabrın 2-də Təl-Əvivə gedəcək. Səfər çərçivəsində Filippin rəhbərini geniş nümayəndə heyəti, o cümlədən iş adamları və iqtisadi strukturların rəhbərləri müşayiət edəcək.

İsrail Baş nazirinin dəftərxanasından yayılan məlumatda deyilir ki, səfər zamanı iki ölkə arasında iqtisadi sahədə sazişlər imzalanacaq, habelə ayrı-ayrı müəsissələr arasında əlaqələr müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə