Almaniya daha bir partlayışla sarsılıb

Almaniya daha bir partlayışla sarsılıb

Almaniya daha bir partlayışla sarsılıb. Belə ki, bu ölkənin Bavariya federal torpağındakı Foburq an der Donau şəhərində yerləşən "Bayernoil" neft emalı zavodunda partlayış baş verib. TASS-ln məlumatında deyilir ki, "Bild" nəşrində hadisə nəticəsində 8 nəfərin xəsarət aldığı qeyd olunub.

Məlumata görə, yaralılardan üç nəfərin vəziyyəti daha ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Partlayış və ardından başlayan yanğın səbəbiylə yaranan qatı tüstü 1800 insanı evlərini tərk etmək məcburiyyətində qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə