ABŞ Suriyaya ediləcək hücum hədəflərini müəyyənləşdirib

ABŞ Suriyaya ediləcək hücum hədəflərini müəyyənləşdirib

Birləşmiş Ştatlarda Suriyaya hücum hədəfləri ilə bağlı siyahı hazırlanıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, hücum hədəflərinə Şamın kimyəvi silahdan istifadə etmək qərarı daxildir.

Qeyd olunur ki, kimyəvi silahlarla bağlı obyektlərin siyahısı kəşfiyyat və hərbi mütəxəssislər tərəfindən hazırlanıb.

Siyahının Pentaqona verilməsi nəzərdə tutulur. ABŞ prezidenti Donald Tramp əmr verdiyi təqdirdə Suriyaya qarşı hücum həyata keçiriləcək.

Məlumatda Pentaqonun Suriya hökumətinin bu istiqamətdəki fəaliyyətini yaxından təqib etdiyi də vurğulanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə