İraqda ABŞ-İran gərginliyi artır

İraqda ABŞ-İran gərginliyi artır

İraqda yeni qurulacaq hökümətdə əsas söz sahibi olmaq uğrunda ABŞ və İran arasında açıq mübarizə başlayıb. SİA-nın Türkiyənin "Hurriyet" qəzetinin internet saytına istinadən verdiyi məlumata görə, artıq tərəflər arasında hədələyici açıqlamalar gəlməyə başlayıb.

Belə ki, İraqdakı İranpərəst "Haşti Şabi" qruplaşmasının komandanı Hadi Amiri, ABŞ-ın müdaxiləsi ilə qurulacaq hər hansı bir hökümətin ömrünün uzun olmayacağını, bu baş verəcəyi təqdirdə isə, həmin höküməti iki ay ərzində devirəcəklərini bildirib. Qruplaşma rəhbəri diqqətə çatdırıb ki, ABŞ-ın İraqdakı hölümət formalaşmasəna müdaxiləsi, qanlı proseslərə yol açacaq.

ABŞ prezidenti Donald Trampın "DEAŞ" qruplaşması üzrə xüsus nümayəndəsi Brett McGurk isə, H.Amiri ilə görüşərək bir sıra müzakirələr aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə