Əlcəzairdə vəbaya yoluxanların sayı artıq 74 nəfərə çatıb. RİA "Novosti" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir. Diqqətə çatdıraq ki, daha əvvəl 2 nəfərin bu xəstəlikdən öldüyü xəbər verilib. Ölkənin 56 sakini vəbaya Əlcəzairin paytaxtından 60 kilometr cənubda yerləşən Blida əyalətində yoluxub.
Bildirilir ki, vəba xəstəliyinə yoluxmaqda şübhəli bilinən 88 nəfər 4 əyalətin xəstəxanalarına göndərilib. "Bu ay vəbaya 74 yoluxma hadisəsi təsdiqlənib", - deyə nazirliyin bəyanatında bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB