Donald Tramp Küveyt əmiri ilə nəyi müzakirə edəcək?

Donald Tramp Küveyt əmiri ilə nəyi müzakirə edəcək?

ABŞ prezidenti Donald Tramp və Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah arasında görüş keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, görüş sentyabrın 5-də Ağ Evdə baş tutacaq.

Ağ Evin mətbauat xidmətinin yaydığı yazılı açıqlamada bildirilir ki, iki dövlət başçısı ABŞ və Küveyt arasındakı ikitərəfli əlaqələri, eyni zamanda regional yenilikləri hərtərəfli müzakirə edəcəklər.

Qeyd edək ki, Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah son dəfə ötən il sentyabr ayında Vaşinqtonda olub və D.Tampla görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə