Soçidə baş verən təyyarə qəzasında xəsarət alanların sayı artıb FOTO-VİDEO
Rusiyanın Soçi şəhərində “Utair” hava şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi hava limanına enmə zamanı alışıb. SİA-nın RİA Novostiyə istinadən məlumatına görə, Moskvadan Soçiyə uçan “Boeing 737” sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb. Hadisə zamanı yanğından xəsarət alanların sayı 3 nəfər də uşaq olmaqla 18 nəfərə çatıb. 160 nəfər isə təxliyə edilib.
Qeyd edək ki, hadisə zamanı təyyarənin ön hissəsi zərər çəkib.
Müəllif: Minarə Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB