Ərdoğan İranın xarici işlər naziri ilə görüşüb

Ərdoğan İranın xarici işlər naziri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib. Axar.az xəbər verir ki, görüş AKP-nin Mərkəzi binasında baş tutub. Görüşlə bağlı jurnalistlərin suallarını cavablayan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, söhbətin məzmunu əsasən Suriya böhranı ilə bağlı olub:

"Bizdə hər zaman yaxşı xəbərlər olur. Görüşlərdən çıxan nəticə barədə məlumatlar verəcəyik. İkitərəfli əlaqələr gündəmdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə