Rusiya BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Rusiya BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Rusiya Suriya şimalındakı İdlib əyalətində vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb. SİA-nın verdiyi məlumata görə, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergei Alekseyeviç Ryabkov Rusiya xəbər agentliyi TASS-a açıqlamasında Moskvanın xüsusi iclasın tezliklə keçirilməsini istədiyini bildirib.

Ryabkov qeyd edib ki, Rusiya rəhbərliyi İdlib şəhərindəki vəziyyəti müzakirə etməyə çalışır, terrorçular Qərb dövlətlərinin güclərin dəstəyi altında İdlibdə kimyəvi silah istifadə etmək istəyir. "Suriyada terrorçu qruplar İdlibdə hiylə hazırlayaraq və bölgədə kimyəvi silahlardan istifadə edərək Suriya dövlətini ittiham etmək istəyirlər. Rəsmi Moskva bundan narahatdır. Qərb İdlibdə kimyəvi maddələrdən istifadə etmək bəhanəsi ilə Suriyaya hərbi hücum planlaşdırır", - deyə Rusiya rəsmisi söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə