Filippində partlayış: 2 ölü 36 yaralı

Filippində partlayış: 2 ölü 36 yaralı

Filippinin Sultan-Qudarat əyalətinin İsulan şəhərində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 36 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan öncə 1 nəfərin öldüyü, 34 nəfərin yaralandığı bildirilirdi.

Polis sözçüsünün açıqlamasına görə, bomba bazarın yanında park edilmiş motosikletin altında yerləşdirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə