Ötən gün Bakı vaxtı ilə saat 11:22 radələrində Filippinin şimalında yerləşən Batanes vilayəti yaxınlığında gəmi qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, göyərtəsində 24 nəfər Çin vətəndaşının olduğu Panamaya məxsus "MV Hong Vei" adlı yük gəmisi batıb. Əraziyə cəlb edilmiş xilasedicilər 14 nəfəri xilas etməyə müvəffəq olub, digər 10 nəfər isə itkin düşmüş hesab olunur.
Hadisə İtbayat adasından təxminən 222 kilometr aralıda qeydə alınıb. Qəzanın baş vermə səbəb barədə məlumat verilmir. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB