Çində havanın temperaturu mənfi 30 dərəcəyə enib

Çində havanın temperaturu mənfi 30 dərəcəyə enib

Çinin şimal-qərbində, Sincan-Uyğur muxtar vilayətində hava şəraiti kəskin dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yağan güclü qar vilayətin bir neçə yaşayış məntəqəsini ətraf mühitdən təcrid edib. Havanın temperaturu mənfi 30 dərəcəyə enib. Güclü qasırğa ilə müşayiət olunan qar kənd təsərrüfatına ciddi ziyan vurub.

 

Yollarda nəqliyyatın hərəkəti çətinləşib. Meteoroloqların sözlərinə görə, qarlı hava şəraiti daha 2 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə