İsrailin Karmel dağında davam edən meşə yanğını ötən gündən Nir Etzion, Ein Hod, Yemin Orad yaşayış məntəqələri ərazisinə keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğın qeyd olunan ərazidə tikililərə ciddi ziyan vurub. Təhlükəsizlik tədbirləri çərçivəsində həmin ərazilərdən sakinlər təxliyə olunub. Sürətlə yayılan alov artıq, təxminən 4000 hektar sahəni külə döndərib. Ölkənin Xarici İşlər Nazirliyinin cari ilin 3 dekabr tarixində yaydığı məlumata əsasən, Yunanıstan, Kipr, Türkiyə, Rusiya, Bolqarıstan və Böyük Britaniyanın göndərdiyi, ümumilikdə, 8 təyyarə, 3 helikopter, 3 yanğınsöndürən avtomobil və 150 nəfər canlı qüvvə yanğınsöndürmə işlərinə qoşulub.
Yanğın bölgəsində küləkli hava şəraitinin hökm sürdüyünü nəzərə alaraq yanğının tamamilə söndürməsinin təxminən bir həftə ərzində mümkün olacağı ehtimal edilir. İlkin olaraq yanğının məişət tullantılarının toplandığı ərazidə başlandığı ehtimal edilsə də yanğının məqsədyönlü şəkildə törədildiyi istisna olunmur. Yanğınsöndürmə işləri davam edir, hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB