Almaniyada zəhərli maddə dağılıb

Almaniyada zəhərli maddə dağılıb

Almaniyanın Xeringen şəhərində (Türingiya torpaqları) dəmiryol vağzalında vaqonların birindən zəhərli maddənin dağılması qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə ərazisi dərhal izolyasiya edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqda yaşayan əhaliyə stansiyaya yaxınlaşmamaq məsləhət görülür. İlkin məlumata görə, həmin maddə toluilendiamindir. Yüksək toksinliyə malik olan bu maddə şəffaf kristal formasındadır. Açıq havada bu maddə rəngini dəyişir.

 

Bildirilir ki, toluilendiamin maddəsindən ayrılan buxar tənəffüs yoluna düşdükdə zəhərlənməyə səbəb olur. Zəhərləmə tələfatla nəticələnə bilər. Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq ərazidə müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə