Yaponiyada son 1 həftə ərzində- avqustun 20-dən 26-dək günvurma nəticəsində 2 nəfər həyatını itirib, 5890 nəfər isə xəstəxanaya müraciət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,bu barədə ölkənin təcili tibbi yardım xidməti məlumat yayıb.
Məlumata görə, bundan öncəki həftə xəstəxanaya 3669 nəfər müraciət etmişdi. Son həftə müraciət edənlərin sayında 1.6 dəfə artım olub.
Qeyd edək ki, iyun ayının sonundan başlayaraq Yaponiyada isti havalar hökm sürür. Bu yay bir çox ölkələrdə isti hava müşahidə edilib. Ən yüksək temperatur iyul ayının sonunda qeydə alınıb.
Sinoptiklərin xəbərinə görə, isti hava sentyabr ayının ortalarına əvvəlinə qədər davam edəcək.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB