Çin aviaşirkəti Türkiyəyə uçuşları bərpa edir

Çin aviaşirkəti Türkiyəyə uçuşları bərpa edir

Çinə məxsus “China Southern” aviaşirkəti 2 il fasilədən sonra yenidən Türkiyəyə uçuşları bərpa edir. SİA “airporthaber.com”a istinadla xəbər verir ki, aviaşirkət 2016-cı ildən dayandırdığı Türkiyəyə səfərləri dekabrın 20-dən bərpa etmək niyyətindədir. “China Southern” həftədə 3 dəfə Pekin-İstanbul-Pekin aviareysini yerinə yetirməyi planlayır. Uçuşlar “Airbus A330” təyyarələri ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə