Rusiyadan xəbərdarlıq: "Bu kəndə kimyəvi silah hücumu olacaq"

Rusiyadan xəbərdarlıq: "Bu kəndə kimyəvi silah hücumu olacaq"

"Suriyanın Kafr Zayta kəndinə kimyəvi silah hücumu planlaşdırılır." Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib. Sözçü bildirib ki, İngiltərəyə məxsus “Olive Group” hərbi şirkətinin təlim keçdiyi bir qruplaşma İdlibdə mülki şəxslərə kimyəvi silah hücumundan xilas olmaq məşqi keçib.

“Həmin qruplaşma İdlibdəki təmas xəttinə gəlib. “Ağ dəbilqəlilər” qrupu üzvləri kimi geyinən bir qrup şəxsin həmin təlimi Yaxın Şərq və xarici ölkə KİV-ə ötürmək üçün videolar da çəkməyi planlaşdırılıb”, - Konaşenkov deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə