Çində otel yanır

Çinin şimal-şərqində yerləşən oteldə baş verən yanğın nəticəsində 18 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadın verdiyi xəbərə görə, ümumi sahəsi təxminən 18 min kvadratmetr olan dörd mərtəbəli kərpic-beton binanın 400 kvadrat metri yanıb.

Çinin Mərkəzi televiziyasının yaydığı məlumata görə, hadisə yerinə 5 yanğınsöndürən maşın, 107 nəfər heyətlə cəlb edilib. Xilasedicilər hadisə yerində işlərini davam etdirir. hadisənin səbəbləri araşdırılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə