Gürcüstanın Baş naziri Mamuka Baxtadze Tbilisidə səfərdə olan Almaniya Kansleri Angela Merkelə XVII əsrə aid rəsm əsəri hədiyyə edib. SİA-nın məlumatına görə, bu barədə Kanslerin "İnstaqram" səhifəsində deyilir.
Qeyd olunur ki, M.Baxtadze A.Merkelə bu hədiyyəni Kanslerin şərəfinə təşkil edilən rəsmi qəbulda verib. "İnstagram"da bu hədiyyə "gözlənilməz" kimi dəyərləndirilir.
Rəsm əsərinin İkinci Dünya müharibəsi zamasnı Drezden muzeyindən itdiyi, sonra SSRİ-yə, daha sonra Gürcüstana gətirildiyi bildirilir.
Əsərin hansı rəssama aid olduğu, harada və ya kimin kolleksiyasında qorunduğu barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB