Nikol Paşinyanın Ermənistanı idarə etdiyi 100 gün ərzində ölkədə cinayətkarlı1 12,3 faiz artıb. SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, bunu keçirdiyi mətbuat konfransında Ermənistan polisinin qərargah rəisi Armen Qukasyan bildirib.
"Yüz gün ərzində geniş islahatların keçirilməsi mümkün olmasa da, bu islahatların keçirən komandanın formalaşması və islahat yolunun mənimsənilməsi üçün kifayətdir", deyə A.Qukasyan bildirib.
Cinayətkarlığın artmasına gəlincə, Qukasyan bildirib ki, əvvəlki rəhbərlikdən fərqli olaraq biz cinayət faktlarını gizlətmirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB