Abdulla Gül: “İsrail NATO-nun qurduğu raketdən müdafiə sistemindən istifadə edə bilməz”
"NATO-nun qurmağı planlaşdırdığı raketdən müdafiə sistemi İsrail tərəfindən istifadə edilə bilməz". SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri deyən Türkiyə prezidenti Abdullah Gül sistemin yalnız NATO üzvlərinin istifadəsində olacağını bildirib.
İsrailin raketdən müdafiə sistemindən istifadəsinin müzakirə mövzusu olmadığını deyən Türkiyə prezidenti bildirib ki, İsrail NATO üzvü olmadığı kimi NATO ilə bir əməkdaşlıq da mümkün deyil. İsrail və Türkiyə münasibətlərinin çox dəyişdiyini ifadə edən A.Gül "Mavi mərmərə" hücumu ilə əlaqədar olaraq "bunu unutmağımız mümkün deyil" söyləyib: "Beynəlxalq hüquqa bağlı olan bir ölkə beynəlxalq hüququn tələb etdiyi bir şəkildə bunu kompensasiya edə bilərdi. İsrail hələ bunu kompensasiya etməyib".
Jurnalistlərin "İsrail Türkiyənin dostluğunu itirdimi?" sualını da Türkiyə dövlət başçısı "Şübhəsiz, İsrail Türkiyənin, türk xalqının dostluğunu itirdi" şəklində cavablandırıb. Ölkənin Avropa Birliyinə üzvlüyündə qərarlı olduğunu vurğulayan A.Gül bildirib ki, bu Türkiyə üçün strateji bir mövzudur: "2005-ci ildə müzakirələr başlayıb. Müzakirələrin başlanmasına imza atanların bəziləri hələ də vəzifə başındadır, hamısı da həyatdadır. Kimsə atdığı imzanı unuda bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB