Ermənistanın müdafiə naziri David Tonoyan rusiyalı həmkarı Sergey Şoyqunun dəvəti ilə Moskvaya gedib. Bu barədə "Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir. Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, D.Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyəti "Armiya-2018" beynəlxalq hərbi-texniki forumun və "Milli təhlükəsizlik həftəsi" forumunun açılış mərasimində iştirak edəcək.
Ermənistan müdafiə naziri səfər zamanı həmçinin bir sıra işgüzar görüşlər keçirmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB